Note! Looking for an order placed before 2025-09-20, 16:00? [Click Here]
Friday - 2025 03 October
{"Id":0,"Name":null,"Mobile":null,"Email":null,"Token":null,"Type":0,"ReferencerId":null,"VatConfirm":false,"PublicToken":null,"Culture":"en-us","Currency":"gbp","CurrencySign":"£","CountryIsoCode":"us","HasSubset":false,"Discount":0.0,"IsProfileComplete":false,"HasCredit":false,"LastActivity":"0001-01-01T00:00:00"}
login
Login
shopping cart 0
Basket

Basket

Menu

Product Information
ISBN: 9789952513837
Publisher: TEAS (3 alma)
Age Group: Adult
Pages: 274
Weight: 410 g
Dimensions: 14 x 21 x 1.92 cm
Book Cover: Paperback

Müasir Azərbaycan kinosu (Monoqrafiyası çapdan çıxıb): Azari Latin 2017

Müasir Azərbaycan kinosu (monoqrafiyası çapdan çıxıb)

Author: Aydin Dadaşov
Rating:
45.63 £
4-6 Weeks
Wishlist
Wishlist
Product Information
ISBN: 9789952513837
Publisher: TEAS (3 alma)
Age Group: Adult
Pages: 274
Weight: 410 g
Dimensions: 14 x 21 x 1.92 cm
Book Cover: Paperback
Tanınmış kinoşünas, kinodramaturq, rejissor, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, professor Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” monoqrafiyası çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, “TEAS Press” nəşriyyat evi tərəfindən çap olunan monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan kinofilmlərində sənətkarlıq məsələləri, “Qarabağ” mövzusunun bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi mövzular araşdırılır. XX əsrin sonları-XXI əsrin əvvəllərində çəkilmiş əksər kinofilmlər əsərdə geniş təhlil olunur. Kitabda az qala hər bir ekran əsəri, oradakı personajların xarakteri ayrı-ayrılıqda araşdırılır, obrazlar təhlil olunur, ssenarist, rejissor və operatorların, ümumiyyətlə, bütün yaradıcı heyətin işi ciddi tənqid süzgəcindən keçirilir. Əsər müstəqillik dövrü Azərbaycan kinosunun “Yarasa”, “Güllələnmə təxirə salınır”, “Sonuncu dərviş”, “Ovsunçu”, “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Haray”, “Yaddaş”, “Fəryad”, “Hər şey yaxşılığa doğru”, “Yalan”, “Əlvida, cənub şəhəri”, “Arxada qalmış gələcək”, “Dolu”, “Nabat” və daha neçə-neçə ekran əsəri əsasında aparılmış ilk elmi araşdırmaların məhsuludur. AMEA Memarlıq və İncəsənət İnstitutu elmi şurasının müvafiq qərarı ilə çapa tövsiyə olunmuş əsərin elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, rəyçiləri professorlar Məryəm Əlizadə və Aqşin Babayev, nəşriyyat redaktoru isə Kərim Kərimlidir. Təəssüf ki, kitabın üzünü görmək müəllifə qismət olmayıb. O, kitabın mətbəədən gəlməsindən bir neçə gün əvvəl dünyasını dəyişib. Bu əsər 25-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin, 60-dan artıq filmin ssenari müəllifi, rejissoru, redaktoru, direktoru olan tanınmış kinoşünas, professor Aydın Dadaşovun yaradıcılığının akkordu oldu. Ümidvarıq ki, “Müasir Azərbaycan kinosu” oxucuların, ilk növbədə kinoşünasların, bu sahədə tədqiqat işləri aparan alimlərin, kino tənqidçilərinin, ali təhsil ocaqlarının müəllim və tələbələrinin, eləcə də sıravi kino həvəskarlarının çox sevdiyi kitablardan birinə çevriləcək. Oxucular kitabı kinoya, maraqlı bir filmə baxırmış kimi oxuyacaqlar.
more
Tanınmış kinoşünas, kinodramaturq, rejissor, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, professor Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” monoqrafiyası çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, “TEAS Press” nəşriyyat evi tərəfindən çap olunan monoqrafiyada əsasən son ٢٥ ildə çəkilmiş Azərbaycan kinofilmlərində sənətkarlıq məsələləri, “Qarabağ” mövzusunun bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi mövzular araşdırılır. XX əsrin sonları-XXI əsrin əvvəllərində çəkilmiş əksər kinofilmlər əsərdə geniş təhlil olunur. Kitabda az qala hər bir ekran əsəri, oradakı personajların xarakteri ayrı-ayrılıqda araşdırılır, obrazlar təhlil olunur, ssenarist, rejissor və operatorların, ümumiyyətlə, bütün yaradıcı heyətin işi ciddi tənqid süzgəcindən keçirilir. Əsər müstəqillik dövrü Azərbaycan kinosunun “Yarasa”, “Güllələnmə təxirə salınır”, “Sonuncu dərviş”, “Ovsunçu”, “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Haray”, “Yaddaş”, “Fəryad”, “Hər şey yaxşılığa doğru”, “Yalan”, “Əlvida, cənub şəhəri”, “Arxada qalmış gələcək”, “Dolu”, “Nabat” və daha neçə-neçə ekran əsəri əsasında aparılmış ilk elmi araşdırmaların məhsuludur. AMEA Memarlıq və İncəsənət İnstitutu elmi şurasının müvafiq qərarı ilə çapa tövsiyə olunmuş əsərin elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, rəyçiləri professorlar Məryəm Əlizadə və Aqşin Babayev, nəşriyyat redaktoru isə Kərim Kərimlidir. Təəssüf ki, kitabın üzünü görmək müəllifə qismət olmayıb. O, kitabın mətbəədən gəlməsindən bir neçə gün əvvəl dünyasını dəyişib. Bu əsər ٢٥-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin, ٦٠-dan artıq filmin ssenari müəllifi, rejissoru, redaktoru, direktoru olan tanınmış kinoşünas, professor Aydın Dadaşovun yaradıcılığının akkordu oldu. Ümidvarıq ki, “Müasir Azərbaycan kinosu” oxucuların, ilk növbədə kinoşünasların, bu sahədə tədqiqat işləri aparan alimlərin, kino tənqidçilərinin, ali təhsil ocaqlarının müəllim və tələbələrinin, eləcə də sıravi kino həvəskarlarının çox sevdiyi kitablardan birinə çevriləcək. Oxucular kitabı kinoya, maraqlı bir filmə baxırmış kimi oxuyacaqlar.
more